Onun çıxış yolu "Fənərbaxça"dır
Türkiyəli gənc ulduz Emre Mor “Fənərbaxça”ya transfer ola bilər.
Sportfm.az xəbər verir ki, formasını geyindiyi “Selta Viqo”da əsas heyətdən kənarda qalan futbolçu karyerasını dirçəltmək üçün vətəninə qayıtmaq niyyətindədir.
“Fənərbaxça” da İspaniya klubu ilə başlatdığı danışıqları son mərhələyə yaxınlaşdırmaqdadır. “Sarı-lacivərdlər” icarəyə götürüb daha sonra transfer hüququnu almaq yolu ilə Emreni rənglərinə bağlamaq istəyir. Emre Mor isə milli komandanın vazkeçilməzi olmaq üçün “Fənərbaxça”nı çıxış yolu olaraq görür.
Qeyd edək ki, Emre Mor “Dortmund”dan “Selta Viqo”ya 13 milyon avro qarşılığında transfer olmuşdu. Onun hazırkı klubu ilə 2020-ci ilə qədər müqavilə müddəti var.
Oxşar xəbərlər
“Fənərbaxça” “Barselona”nın futbolçusunu aldı - TRANSFER
Emre Belözoğlu klubunu dəyişdi - 1 illik imza
İspaniya klubu türk futbolçudan qurtulmaq istəyir
Psixoloji problemləri olan futbolçu İstanbula gəlir
Emre Morun yeni klubu müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası