"Futbolçular tapşırığı yerinə yetirdilər" -Sənan Qurbanov
“Ciddi rəqibə qarşı oynayırdıq. Rusiya Premyer Liqasında çıxış edən "Yenisey" çox yaxşı komandadır. Bilirdik ki, belə rəqibə qarşı səhvsiz oynamalıyıq".
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Antalya toplanışı çərçivəsində Rusiyanın "Yenisey" klubu ilə keçirilən yoxlama matçından (2:2) sonra deyib.
O, müəyyən səhvləri etdiklərini bildirməklə yanaşı, komandasından razı qaldığını qeyd edib: "Futbolçulara bir az çətin tapşırıq vermişdik. Ön xətdə pressinq tətbiq etməklə topu rəqibdən almaq istəyirdik. Birinci hissədə tam yaxşı alındı. Belə pressinq də güc itkisidir. Sevindirici haldır ki, futbolçular tapşırığı yerinə yetirdilər. Səhvlərimiz var. Belə yoxlama oyunlarında bunun görünməsi yaxşıdır. Onları aradan qaldırmağa çalışacağıq. Ümumilikdə komanda yaxşı oynadı. Həm hücumda, həm də müdafiədə komandadan razı qaldım”.
Oxşar xəbərlər
Ayxan uşaqları istədiyindəndə yaxşı görüb
"Onlar gözümüzün önündə yetişiblər" - Sənan Qurbanov
Sənan Qurbanov: "Futbolçular sonadək oyun intizamını pozmadılar"
Qurban Qurbanov: "Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq"
Millimizin baş məşqçisi: Rəqib belə səhvləri bağışlamır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası