"Məşqdə futbolçular mənə bəzən "Həbib Nurməhəmmədov" deyirlər" -Ayaz Quliyev debüt etdi
"Spartak"a qayıdan Ayaz Quliyev Moskva təmsilçisində ilk oyununu keçirib.
Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçu Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Match Premier Cup" turniri çərçivəsində sabiq klubu "Rostov"a qarşı oynayıb. 22 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 45-ci dəqiqədə əvəz olunub.
Matç isə "Spartak"ın 2:1 hesablı qələbəsiylə yekublaşıb.
Görüşdən sonra azərbaycanlı futbolçu "Match TV"nin müxbirinə açıqlama verib: "Rostov"da boşluğumun hiss edildiyini görmədim. Oyunda tez-tez dəyişikliklər oldu. "Rostov" hələ də eyni komandadır, orada gedişimdən sonra dəyişiklik olduğunu düşünmürəm. Karpinlə oyundan öncə dialoqum olmayıb. Danışığımız baş tutmayıb. Bəli məşqdə futbolçular mənə bəzən "Həbib Nurməhəmmədov" deyirlər. Bəli, bəzən belə olur (gülür)".
Qeyd edək ki, "Spartak" Ayazı qış fasiləsində "Rostov"dan 1 milyon avroya transfer edib.
Oxşar xəbərlər
Ayaz Quliyev geri dönür!
Rusiya klubu azərbaycanlı futbolçunun transferini rəsmən açıqladı
Ayaz Quliyev "Rostov"dan ayrıldı: "Spartak"a transfer oldu
Azərbaycanlı futbolçu "Spartak"a keçmək istəmədi
Azərbaycanlı futbolçu Moskva klubuna yollanır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası