Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kriştianu Ronaldu boynuna aldı
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniyanın paytaxtı Madriddə baş tutan məhkəmə prosesində vergi cinayətinə yol verdiyini boynuna alıb.
Sportfm.az xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu bu gün baş tutan məhkəmədə 23 aylıq həbsə və 18,8 milyon avro cərimə ödəməyə razılıq verib. Lakin cəza müddəti 2 ildən çox olmadığına görə, İspaniya qanunlarına əsasən, şərti xarakter daşıyır.
Qeyd edək ki, Ronaldu 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunurdu. 2009-cu ildən “Real Madrid”də çıxış edən forvard ötən yay “Yuventus”a keçib.
Oxşar xəbərlər
Ronaldu Portuqaliyanın nüfuzlu ordenindən məhrum edilə bilər
Ronaldoya iki il həbs cəzası veriləcək
Ronaldo iki il müddətinə azadlıqdan məhrum edildi
Ronaldunu 30 milyon avro cərimə gözləyir
Ronaldu İngiltərəyə qayıtmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası