“Taktiki planda oyunumuzu tədricən düzəltməliyik” -Vüqar Məmməd
Plan üzrə oyun dünən keçirilməli idi, ancaq əlverişsiz hava şəraiti ilə əlaqədar “Krasnodar-3” komandası ilə bu gün qarşılaşdıq. Görüş üstünlüyümüz şəraitində keçsə də, düşünürəm ki, taktiki planda oyunumuzu tədricən düzəltməliyik.
Sportfm.az xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Krasnodar-3” komandası ilə qarşılaşmadan sonra 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd müsahibəsində deyib.
Bildirib ki, yoxlama oyunları olsa da, bizim üçün vacibdir və bütün görüşlərə ciddi şəkildə hazırlaşmalıyıq. Məqsəd yaxşı oyun göstərmək, çatışmazlıqları aradan qaldırmaqdır. Komandaya yeni futbolçular dəvət olunub. Planımda qarşıdakı oyunlar zamanı heyətin bütün üzvlərinə özlərini göstərmələri üçün şans vermək var.
Qeyd edək ki, görüşdə qalib müəyyənləşməyib – 1:1. U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 24-də Küveytin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.
Oxşar xəbərlər
Azərbaycan yığması "Alanyaspor"u məğlub etdi, Yıldırım dublla yadda qaldı
"Bizə belə sürətli oyunlar lazımdır" - Vüqar Məmməd
Millimiz ruslara qol vura bilmədi
"Komandam rəqibdən çox üstün idi" – Vüqar Məmməd
İngiltərədə çıxış edən futbolçu Azərbaycan yığmasında qol vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası