"Qalatasaray" 3 xalı 1 qolla qazandı
Türkiyə Superliqasının XIX turunda turnir cədvəlində ikinci pillədə qərarlaşan “Qalatasaray” komandası səfərdə “Göztəpə” ilə qarşılaşıb.
Sportfm.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda İstanbul komandası rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Oyunda yeganə topu 72-ci dəqiqədə Sinan Gümüş vurub. Bu, onun cari çempionatda vurduğu dördüncü qolu olub. Meydan sahiblərinin heyətində 57-ci dəqiqədə Celso Borges penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bu qalibiyyət sayəsində baş məşqçi Fatih Terimin yetirmələri xallarının sayını 35-ə yüksəldib və turnir cədvəlindəki ikinci pillədəki mövqeyini möhkəmləndirib. İstanbul təmsilçisi lider “Başakşəhər”lə arasındakı xal fərqini üçədək azaldıb.
Oxşar xəbərlər
Lider 90+7-də məğlubiyyətdən qaçdı
"Beşiktaş" Antalyada "coşdu"
"Qalatasaray" yenə Alanyada "ilişdi"
"Fənərbaxça" yenə "büdrədi" - 90-cı dəqiqədə
"Qalatasaray" "sarı-qırmızılar"ı məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası