Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın üzvü "Qalatasaray"a qarşı 90 dəqiqə mübarizə apardı
Türkiyə Super Liqasında III turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Ufuk Budağın komandası – "Kayserispor” da növbəti matçına çıxıb. "Sarı-qırmızılar” doğma meydanda həmrəngləri "Qalatasaray” ilə oynayıb. Görüş bərabərliklə başa çatıb – 1:1. Ötən tur "Fənərbaxça" ilə matçda oyuna sonradan girən və qol vuran Ufuk bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Qeyd edək ki, "Kayserispor" 3 turdan sonra 2 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
“Qalatasaray” qələbə qazandı - Türkiyə Super Liqası
Yığmamızın futbolçusu Türkiyə klubunun heyətində debüt etdi
Millimizin üzvü "Boluspor"un heyətində debüt etdi
"Fənərbaxça" "Beşiktaş"la bacarmadı
“Qarabağ”ın rəqibi Bakıya məğlub gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası