"Xəzər Lənkəran yaşıl meydanlara geri dönəcək" -Mübariz Mənsimov
"Xəzər Lənkəran" fəxri-prezidenti Mübariz Mənsimov klubun yenidən fəaliyyət göstərib-göstərməyəcəyi barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib.
Sportfm.az xəbər verir ki, azərbaycanlı iş adamı "facebook" sosial şəbəkəsində izləyicilərdən birinin "Xəzər Lənkəran" nə zaman geri dönəcək" sualına belə cavab verib: "Xəzər Lənkəran" AFFA-dakı oğrular nə zaman getsə, onda geri dönər. Biz onlar kimi rüşvət və oğurluq etməklə pul qazanmırıq. Bizim pulumuz Allahın bizə verdiyi ruzi olan dənizdən çıxır. 10 min dənizçinin çalışdığı yerdə düzgünlük etməsəm, şorba yeyə bilmərəm, insanları ahı məni tutar. Dəyərli qardaşım, ona görə də indi gözləməliyik. Ancaq sizə söz verirəm, bizim "Xəzər Lənkəran" mütləq yaşıl meydanlara geri dönəcək. Əzizlərim, bunun dönüşü möhtəşəm olacaq".
Qeyd edək ki, 2004-cü ildə yaranan Lənkəran təmsilçisi 2016-cı ildə fəaliyyətini dayandırıb.
Oxşar xəbərlər
"Xəzər Lənkəran"ın bütün borclarını bağlandı - AÇIQLAMA
"Mənsimov "Xəzər Lənkəran" adını "Xan Lənkəran"ın prezidentinin ixtiyarına verib" - AÇIQLAMA
"Xan Lənkəran" "Xəzər Lənkəran" adı ilə davam edəcək
"Xəzər Lənkəran" qayıdır!
Mübariz Mənsimov: "Xəzər Lənkəran" hər zaman yaşayacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Orhus": START HEYƏTLƏR MƏLUMDUR
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
"Orhus" Bakıdan məğlub ayrılır - Çempionlar Liqası
-
Birinci Liqanın oyunları Goranboyda keçirilə bilər
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası















Misli Premyer Liqası