reklam
Bölgə komandamızın 27-ci dueli
Sportfm.az xəbər saytı

Bölgə komandamızın 27-ci dueli


Bu həftə Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək. “Qəbələ” 2019-cu ildəki ilk rəsmi matçını “Sumqayıt”a qarşı keçirəcək. XV turun görüşü “qırmızı-qaralar”ın meydanında baş tutacaq. 

Sportfm.az xəbər verir ki, bu matçla hər iki komanda III dövrəyə başlayacaq. İlk iki dövrədə üz-üzə gələn rəqiblər heç-heçələri sıralayıb. Qəbələdəki ilk oyunda meydan sahibləri hesabı 1-ci hissədə açsa da, matçın sonunda bərabərlik qolunu buraxıb – 1:1. Sumqayıtdakı görüşdə isə meydan sahibləri 2 top önə keçsə də, “qırmızı-qaralar” hesabda tarazlıq yaratmağa müvəffəq olub – 2:2. 

Fevralın 3-də baş tutacaq oyun ümumilikdə rəqiblərin 27-ci qarşılaşması olacaq. Bu görüşlərin hamısı Premyer Liqa çərçivəsində baş tutub. “Qəbələ” Sumqayıtın eyniadlı təmsilçisi ilə matçlarda böyük üstünlüyə malikdir. 16 dəfə qələbə qazanan "Qəbələ" 8 dəfə 1 xalla kifayətlənib və yalnız 2 dəfə uduzub. Bu oyunlarda meydanı heç vaxt qolsuz tərk etməyən “qırmızı-qaralar” top fərqində də öndədir – 46:20. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə rəqib qapısına yol tapıb. Aleksey Qay, Dodo, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 qol vurublar. 

“Qəbələ” evdə keçirdiyi 13 görüşdə məğlub olmayıb. Doğma arenada 10 qələbəsi olan komanda 3 heç-heçə edib. Rəqib qapısından 25 top keçirən "Qəbələ" 7 qol buraxıb. 

Xatırladaq ki, fevralın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 14:00-da başlayacaq.

Oxşar xəbərlər

"Sumqayıt"la "Qəbələ"nin 44-cü dueli
“Qəbələ” və “Kəpəz”in 22-ci dueli
31-ci dueldən kim qalib ayrılacaq?
“Qəbələ”nin “Sumqayıt”la 26-cı qarşılaşması
"Qəbələ"nin "Sumqayıt"la 25-ci dueli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər