reklam
Sportfm.az xəbər saytı

"İnter" səfərdə, "Kəpəz"evdə sevindi


Topaz Premyer Liqasında IV tura yekun vurulub. Sportfm.az saytının məlumatına görə, son oyun günündə 2 görüş baş tutub. Əvvəlcə "Kəpəz”lə "Zirə” Gəncədə görüşüblər. Tarixində rəqibini məğlub etməyən paytaxt klubu bu dəfə də uğursuz seriyaya son qoya bilməyib. Şahin Diniyevin komandası doğma publik önündə 2 cavabsız qola sevinib. Turun son qarşılaşması Sumqayıtda baş tutub. Cari mövsümdə uduzmayan "İnter” ənənəsinə sadiq qalıb. Hesabı 2-ci dəqiqədə Denis Silva açıb. İkinci hissədə Ağabala Ramazanov fərqi iki topa çatdırıb. Meydan sahiblərinin gücü isə sonuncu dəqiqədə fərqi azaltmağa yetib. Vaqif Cavadov təsəlli qolunu vurub.
 
Topaz Premyer Liqası
IV tur
11 sentyabr (bazar)
 
"Sumqayıt” – "İnter” - 1:2
Qollar: Vaqif Cavadov, 90+1 - Denis Silva Kruz, 2, Ağabala Ramazanov, 61
 
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rauf Cabbarov 
Sumqayıt. Şəhər stadionu
 
"Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednezhad, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 7. Vaqif Cavadov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 17. Vaquf Güləliyev, 22. Mirabdulla Abbasov, 39. Tural Bayramlı, 66. Afşin Esmaeilzadeh, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
 
"İnter”: 1. Səlahət Ağayev (k), 3. Denis Silva Kruz, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 2. Sərtan Taşqın, 15. Ruslan Abışov, 8. Nizami Hacıyev , 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad
Baş məşqçi: Zaur Svanadze
 
 
"Kəpəz” – "Zirə” - 2:0
Qollar: Julian Eba, 8, Şəhriyar Rəhimov, 78

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Coşqun Həsənov, Rövşən Rəcəbov 
Gəncə şəhər stadionu
 
"Kəpəz”: 88. Tadas Simaitis, 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 5. Kərim Diniyev, 77. Serjio Kosta, 10. Dario Federiko, 19. Orxan Əliyev, 6. Ceyhun Cavadov, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 17. Nicat Qurbanov, 7. Vüqar Bəybalayev, 21. Novruz Məmmədov, 15. Azad Kərimov, 9. Tural Qürbətov, 99. Əli Səmədov
Baş məşqçi: Şahin Diniyev
 
"Zirə”: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 18. Tural Cəlilov, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 7. Gerhard Proqni, 92. Cavid Tağıyev, 10. Elvin Məmmədov (k), 11. Viktor İqbekoyi
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonayev, 96. Elgün Nəbiyev, 21. Murad Səttarlı, 17. Vüsal İsgəndərli, 19. Nurlan Novruzov
Baş məşqçi: Adil Şükürov

Oxşar xəbərlər

"Zirə"dən qələbə, Sumqayıtda sülh
"İnter" və "Zirə"dən qələbə
Gəncədə hesab açılmadı
"İnter" "Neftçi"yə qalib gəldi,Sumqayıtda heç-heçə
Topaz Premyer Liqası: "Zirə" qalib gəldi, "Kəpəz" Bakıdan heç-heçə ilə dönür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər