Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Danışılmış oyunlarla bağlı seminar keçirildi -FOTO
AFFA-nın Futbol akademiyasında Topaz Premyer Liqası və Birinci divizion oyunlarına təyinat alan hakim-inspektorlar və AFFA nümayəndələri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
Sportfm.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib, İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında məlumat verib. Maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edən S. Səlimli seminar iştirakçılarının suallarını cavablandıran zaman bildirib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərə bilərlər:
Oxşar xəbərlər
Danışılmış oyunlarla bağlı növbəti seminar keçirilib - FOTO
Danışılmış oyunlarla bağlı seminar - Hakimlər üçün
Hakimlərə danışılmış oyunlarla bağlı seminar keçirildi
“Zirə”nin futbolçularına seminar keçirildi - Danışılmış oyunlarla bağlı
Danışılmış oyunlarla bağlı seminar keçirildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası