reklam
Stamenkoviçdən “Neftçi” rəhbərliyinə sərt ittihamlar
Sportfm.az xəbər saytı

Stamenkoviçdən “Neftçi” rəhbərliyinə sərt ittihamlar


"Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç klubun hazırkı rəhbərliyini, Müşahidə Şurasını istefaya çağırıb. Sportfm.az saytı xəbər verir ki, serb qapıçı feysbukda yer alan "Neftchi Baku (Fan Page)" səhifəsinə göndərdiyi müraciətdə "ağ-qaralar”ın hazırkı rəhbərliyinə qarşı ittihamlar irəli sürüb. Stamenkoviçin fikirlərini  təqdim edirik: "Neftçi" azarkeşi və 4 il boyunca bu klubun şərəfini qorumuş bir oyunçu kimi klub rəhbərliyi və bütövlükdə Müşahidə Şurasına, Çingiz Abdullayev və Elnur Məmmədova cəmiyyəti aldatmağa son qoymaları və daha Azərbaycanın ən böyük klubu "Neftçi"ni biyabır etməmələri üçün təcili istefa verməkləri istəyi ilə müraciət etmək istəyirəm. Sizin şəxsi maraqlarınız, pulları böldüyünüz oyunçuları məcburiyyət qarşısına qoymağınız, necə ki mənə də təklif olunmuşdu, borcun yarısını mənə, yarısını öz cibinizə qoyasız. Bəlkə siz fikirləşirdiniz ki, bu sizdə rahat alınacaq, amma unutdunuz ki, "Neftçi"nin, Elnura rejissor, Çingizə yazıçı kimi "Neftçi"ni necə məhv etdiyiniz" haqqında kitabı yazmağa qoymayacaq, azarkeşləri var. Mən keçmişə qayıdıb sizə bizi - 12 legioneri niyə buraxdığınız üçün sual vermək istəmirəm, bəlkə ona görə ki bizi ora Sadıq müəllim gətirib və biz klub tarixinin ən güclü nəsili idik. Biz artıq hərəmiz bir klubdayıq, yeni uğurlar qazanırıq və artıq sizi bağışlamışıq, amma qorxuram ki, azarkeşlər sizi heç zaman bağışlamasın. Nə oyunçular, nə məşqçilər gunahkar deyillər, ancaq sizin futboldaki cəhalətiniz, ona görə də sizin "Neftçi"dən getməyiniz gərəkir, onu daha da məhv etməyəsiz deyə. Yaşasın "Neftçi", yeni qələbələrə qədər"!
Saşa Stamenkoviç

Oxşar xəbərlər

“Neftçi” azarkeşlərinə müraciət ünvanladı
"Neftçi"nin yeni transferi azarkeşlərə səsləndi
"Neftçi"də şok istefa - ÖZƏL
"Neftçi" şərəfini məhkəmədə qoruyacaq
“Neftçi” müraciət etdi - "İslahatlara əl atmağa hazırıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər