reklam
“Səbail”dən 2-ci, “Keşlə”dən 16-cı
Sportfm.az xəbər saytı

“Səbail”dən 2-ci, “Keşlə”dən 16-cı


Topaz Premyer Liqasının XV turunun “Keşlə” – “Səbail” oyununda böyükhesablı nəticə qeydə alınıb. 

Sportfm.az saytı PFL-ə istinadən xəbər verir ki, 0:3 hesabı ilə uduzan meydan sahibləri klub tarixində 16-cı dəfə 3 və ya daha çox top fərqi ilə uduzub. Paytaxt təmsilçisi bunadək 15 matçda böyükhesablı məğlubiyyət almışdı. “Keşlə” öz meydanında 4-cü dəfə ağır yenilgiylə üzləşib. Sonuncu belə hadisə 2017-ci il aprelin 16-da “Qarabağ”la görüşdə yaşanmışdı – 0:3.“Səbail” isə tarixində 2-ci dəfə böyük hesabla qalib gəlib. Hər iki uğuru cari mövsümə təsadüf edən Aftandil Hacıyevin yetirmələrinin belə qələbələri səfərdə əldə olunub. 

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 9-cu dəfə böyükhesablı nəticə qeydə alınıb.

Oxşar xəbərlər

“Səbail”ə böyükhesablı zərbə - Premyer Liqa
"Qarabağ" - "Keşlə" matçında rekord qeydə alındı
"Səbail" səfərdə "rekorda" imza atdı
Premyer Liqamızda ilk böyükhesablı nəticə
Mövsümün ən böyük hesabı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər