reklam
Paytaxtın adı dəyişdi, bəs klubun necə?
Sportfm.az xəbər saytı

Paytaxtın adı dəyişdi, bəs klubun necə?


Qazaxıstanın “Astana” futbol klubunun adı dəyişdirilməyəcək. 

Sportfm.az xəbər verir ki, bu barədə Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayev bildirib. 
O deyib ki, “Astana Opera”, “Astana Arena”, “Astana” telekanalı və “Astana Arlans” boks komandasının da adları olduğu kimi qalacaq.
Nazir “Astana” beynəlxalq brendini qoruyub saxlamaq fikrində olduqlarını vurğulayıb. “Astana” son 5 mövsümdə futbol üzrə ölkə çempionatının qalibi olub.
Xatırladaq ki, bir neçə gün əvvəl 29 il Qazaxıstana rəhbərlik edən Nursultan Nazarbayev istefa verib. 

Onun yerinə keçən Kasım-Jomart Tokayev paytaxt Astananın Nursultan adlandırılmasını təklif edib. K. Tokayevin təklifi Qazaxıstan parlamentində müsbət qarşılanıb.

 

 

Oxşar xəbərlər

Qazaxıstan – Azərbaycan oyunu yeri məlum oldu - Astana Arena
Almeyda "Astana"da debüt etdi
Riçard Almeyda Çempionlar Liqasında iştirak edə biləcəkmi?
"Qarabağ"da oynamaqdan imtina edən daha bir futbolçu "Astana"ya yollanır
""Qəbələ" ilə müqayisə etməyəcəm..."

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər