reklam
Ən çox maaş alan futbolçuların adları açıqlandı -
Sportfm.az xəbər saytı

Ən çox maaş alan futbolçuların adları açıqlandı -SİYAHI


Fransanın "L'Équipe" nəşri Avropanın 5 aparıcı çempionatında çıxış edən ən yüksək ödənişli 10 futbolçunun siyahısını açıqlayıb. 

Sportfm.az xəbər verir ki, siyahıda vergilər tutulmadan öncə oyunçuların aylıq əmək haqqısı göstərilib. İlk pillədə İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi yer alıb. Argentinalı hücumçu bir ay ərzində 8,3 milyon avro qazanır.

İkinci sırada 4,7 milyon avro ilə İtaliya "Yuventus"unun portuqaliyalı oyunçusu Kriştianu Ronaldu, üçüncü yerdə isə 3,3 milyon avro ilə İspaniya "Atletiko"sunun forvardı Antuan Qrizman qərarlaşıb.

Avropadakı ən yüksək ödənişli 10 futbolçu:

1. Lionel Messi ("Barselona", İspaniya) - ayda 8,3 milyon avro

2. Kriştianu Ronaldu ("Yuventus", İtaliya) - 4,7

3. Antuan Qrizman ("Atletiko", İspaniya) - 3,3

4. Neymar (PSJ, Fransa) - 3,06

5. Luis Suarez ("Barselona", İspaniya) - 2,9

6. Qaret Beyl ("Real Madrid", İspaniya) - 2,5

7. Filippe Koutinyo ("Barselona", İspaniya) - 2,3

8. Aleksis Sançes ("Mançester Yunayted", İngiltərə) - 2,28

9. Kilian Mbappe - (PSJ, Fransa) - 1,73

10. Mesut Özil ("Arsenal", İngiltərə) - 1,6 

Oxşar xəbərlər

2020-ci ilin ən bahalı 10 transferi - SİYAHI
Dünyanın ən çox qazanan futbolçuları - SİYAHI
Ən bahalı futbolçular açıqlandı: Ronaldo 70-cidir
Dünyanın ən bahalı futbolçularının adları məlum oldu - Ronaldo siyahıda yoxdur
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər