"Qələbəyə sevinə bilmirsən" -Samir Abasov
Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində səfərdə “Səbail” üzərində 2:0 hesablı qələbə qazanan “Zirə”nin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.
Sportfm.az xəbər verir ki, 41 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- Bu cür oyundan sonra şərh vermək çox çətindi. Oyundan əvvəl də çətinliklərlə üzləşdik. Bir sıra yerli futbolçular oynaya bilmirdilər. Müəyyən rotasiyalara əl atdıq. Turnir cədvəlindəki mövqeyimiz elədi ki, qələbəyə sevinə də bilmirsən.
- Qalib gəlsəniz də, rəqib çoxlu sayda qol epizodu yaratdı...
- İlk yarıda hər şeyi düz edirdik. Fasilədən sonra rəqib boşluqlarımızdan istifadə etməyə başladı. İstifadə edə bilsəydilər, bəlkə də “Səbail” böyük hesabla qalib gələcəkdi. Əvəzetmələr etdik, boşluqları aradan qaldırmağa çalışdıq. Özünüz də gördünüz ki, gənc futbolçumuz panikaya düşmüşdü. Bir az çətin idi bizə. Bir sıra futbolçumuz komandaya yeni qoşulub. İnanıram ki, bütün debütantlarımız qısa zamanda özlərini göstərə biləcəklər.
- “Zirə” niyə hər dəfə yalnız bir hissə yaxşı oynayır?
- Rotasiyalarla bağlıdı. Hətta köməklçilərdən birini tribunaya göndərdik ki, meydanı daha yaxşı görsün.(sport24.az)
Oxşar xəbərlər
“Biz buna imkan vermərik" - Samir Abasov
"Son nöqtəni qoya bilmədik" - Aftandil Hacıyev
"Onun yoxluğu səbəbindən axsadıq” - Samir Abasov
"Əliyev ehtiyatdan oyuna çox fəal daxil oldu” - Sənan Qurbanov
"“Qəbələ” çox güclü rəqib idi" - Samir Əliyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası