reklam
Azərbaycan Rioda daha iki gümüş medal qazandı
Sportfm.az xəbər saytı

Azərbaycan Rioda daha iki gümüş medal qazandı


Rio de Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarında Azərbaycan atleti Yelena Çebanu və üzgüçüsü Dmitri Saleh ölkəmizin hesabına daha iki gümüş medal qazandırıblar. Sportfm.az xəbər verir ki, oyunların altıncı günü Yelena Çebanu uzunluğa tullanma yarışlarında 5.56 metr nəticə göstərərək ikinci yeri tutub. Bu, onun Rioda qazandığı üçüncü medaldı. O, bundan əvvəl 100 m məsafəyə qaçışda gümüş, 200 m məsafəyə qaçışda isə bürünc medal qazanıb.
 
Yığmamızın üzgüçüsü Dmitri Saleh də finişə ikinci çatıb. O, 100 m məsafəni 1:08,80 saniyəyə qət edərək komandanın hesabına daha bir gümüş medal yazdırıb.  Bununla da Azərbaycan Paralimpiya yığması Rioda qazandığı ümumi medalların sayı 8-ə çatıb.

Oxşar xəbərlər

Roman Saley Rioda Azərbaycana gümüş medal qazandırdı
Azərbaycan Rioda daha bir medal qazandı
Rio-2016: Azərbaycanlı atlet finalda
Paralimpiya oyunlarında növbəti gümüş medal
Rio-2016: Medal sıralaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər