"Mançester Yunayted"dən 18 yaşlı futbolçuya 80 milyon avro
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sançoya təkliflər gəlməkdə davam edir.
Sportfm.az xəbər verir ki, budəfəki təklif daha cəlbedici olub.
Belə ki, "Mançester Yunayted" də 18 yaşlı vinger uğrunda mübarizəyə qoşulub. "Qırmızı şeytanlar" hətta rəqiblərini qabaqlayaraq rəsmi təklif də göndərib. Belə ki, "mankunianlar" İngiltərə millisinin üzvü üçün 80 milyon avro ilə almanların qapısını döyüb. Keçid reallaşarsa, transfer məbləğinin 15 faizi "Mançester Siti"yə çatacaq. Çünki "şəhərlilər"in yetirməsi olan Sanço 2017-ci ildə "Borussiya"ya keçərkən klublar bunda ortaq məxrəcə gəliblər.
Qeyd edək ki, Ceydon Sançonun "Borussiya" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.
Oxşar xəbərlər
Dünyanın ən bahalı futbolçuları - SİYAHI
Ən çox transfer qiymətinə malik olanlar - TOP-10
Ən dəyərli futbolçuların reytinqi - TOP-10
Əmrə Dortmund "Borussiya"sının hədəfində
Dünyanın ən bahalı futbolçularının adları açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası