reklam
Milan Baroş:
Sportfm.az xəbər saytı

Milan Baroş: "Qarabağ"ın bir çox görüşünə baxmışıq"


"Axırıncı dəfə avrokubokda Türkiyədə "Qalatasaray”da oynamışam. Yenidən qrup mərhələsində oynayacağım üçün şadam”. Sportfm.az xəbər verir ki, bu sözləri "Slovan” klubunun futbolçusu Milan Baroş deyib. Çexiya təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ”ın qonağı olacaq. Matçdan öncə keçirilən mətbuat konfransında qonaqların tanınmış hücumçusu bunları deyib: "Qrup mərhələsi üçün hazırıq. Bütün futbolçular sabahkı matçı gözləyirlər”.
 
- "Qalatasaray”da oynadığınız gücdəsiz, yoxsa qocaldığınızı hiss edirsiz?
- Xeyr, qocalmamışam (gülür). Əziyyət çəkmirəm. Özümü güclü hiss edirəm. Oynamağa da hazıram. Bəli, bir mövsümdə 35 oyun keçirmirəm. Amma özümü sabahkı matça hazır hesab edirəm.
 
- Kapitanın yoxluğu oyuna təsir edəcək?
- Əlbəttə ki, onun yoxluğu hiss olunacaq, çünki kapitandı. Amma bu, olan şeydi. Digər futbolçular əllərindən gələni edəcəklər.
 
- "Qarabağ”ın heyətində sabah yaşlı futbolçu Rəşad Sadıqov olacaq. Bunu qol vurmaq baxımından özünüz üçün şans hesab edirsizmi?
- Biz rəqibin oyununa komanda şəklində fikir vermişik. "Qarabağ”ın bir çox görüşünə baxmışıq. Çalışacağıq ki, öz taktikamızı yeridək. Yalnız bu halda nəticə əldə edə bilərik.

Oxşar xəbərlər

“Qarabağ”ın baş məşqçisi: “Həmişə deyirəm, real olmaq lazımdır”
Aleksey Baqa:"İlk oyundakı hesab bizim üçün üçün psixoloji üstünlükdür"
Qurban Qurbanov: "Komandamız oyuna hazırdır"
"Slovan"ın baş məşqçisi: "Bakı çox xoşumuza gəldi"
Qurban Qurbanov: "Bizə həm çətin, həm də maraqlı olacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər