Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt"ın 70-ci səfər məğlubiyyəti
“Sumqayıt” Topaz Premyer Liqasında 70-ci səfər məğlubiyyətini alıb. Bu, XVII turun “Keşlə” ilə qarşılaşmasına təsadüf edib.
Sportfm.az saytı PFL-ə istinadən xəbər verir ki, “ASK Arena”dakı görüşdə 1:2 hesabı ilə uduzan sumqayıtlılar rəqib meydanında keçirdiyi 122-ci matçda “70”ə çatıb. “Gənclik şəhəri” təmsilçisi səfərdə 19 qələbə qazanıb, 33 heç-heçə edib. Bu oyunlarda qonaqlar 108 qol vurub və 208-ni buraxıb.
Qeyd edək ki, “Sumqayıt” rəqib meydanında ən çox uduzan komandalar siyahısında 13-cü olan “Şəfa”ya çatıb. Hər iki komanda 70 dəfə uduzub. Antirekord isə “Turan”a məxsusdur. Artıq fəaliyyətini dayandıran Tovuz klubu rəqib meydanlarında 139 dəfə uduzub.
Oxşar xəbərlər
Evdə 25-ci məğlubiyyət - Azərbaycan Premyer Liqası
150-ci məğlubiyyət - Premyer Liqa
25-ci səfər qələbəsi
"Zirə"nin “Sumqayıt”a qarşı 20-ci oyunu
Səfərdə 20-ci məğlubiyyət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası