Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Slovakiya yığmasının kapitanı Çin klubunda
Çinin “Dalyan İfan" klubu İtaliya "Napoli"sinin futbolçusu Marek Hamşikin keçidini rəsmiləşdirib.
Sportfm.az xəbər verir ki, Çin təmsilçisi 32 yaşlı slovakiyalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb.
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Slovakiya yığmasının kapitanı 3 illik müqaviləyə qol çəkib.
Daha əvvəl klubun keçid üçün "Napoli"yə 25 milyon avro ödəyəcəyi bildirilib.
Qeyd edək ki, Hamşik 2007-ci ildən “Napoli”də çıxış edir. Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Slovakiya ilə iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə qarşılaşacaq.
Oxşar xəbərlər
Marek Hamşik karyerasını bitirdi - Millidə
Böyük sevgiyə əlvida: Hamşik rəsmən Çin klubunda
Daha bir ulduz Çində "parlayacaq"
Futbol üzrə millimizin oyunlarının təqvimi müəyyənləşdi - Xorvatiya ilə başlayırıq... CƏDVƏL
Hamşik futbolda əsas arzusunu dilə gətirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası