AFFA-dan klublara qeyri-adi cəzalar
Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
Sportfm.az xəbər verir ki, yığıncaqda aşağı dəstədə baş verən qayda pozuntularına hüquqi qiymət verib.
I divizionun XV turunun MOİK - "Turan Tovuz" MOİK - "Turan Tovuz" matçında xərək daşıyan uşaqlar olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunub.
I divizionun XV turunun "Ağsu" - "Şüvəlan" matçında "Ağsu" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Oyunun 88-ci dəqiqəsində "Şüvəlan"nın futbolçusu Kamran Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
"Şüvəlan" matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunub.
I divizionun XV turunun "Səbail-2" - "Sumqayıt-2" matçında "Səbail-2"nin 4, "Sumqayıt-2"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.
"Sumqayıt-2" oyunöncəsi iclasa 7 dəqiqə gecikdiyinə görə klub 80 manat cərimə olunub.
I divizionun XV turunun "Zaqatala" - "Sabah-2" matçının 79-cu dəqiqəsində "Sabah-2"ın futbolçusu Sultan Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub.
Oyunun 89-cu dəqiqəsində "Zaqatala"nın futbolçusu Elvin Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
I divizionun XV turunun "Neftçi-2" - "Kəpəz" matçında "Neftçi-2"nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə meydan sahibi klub 80 manat cərimə olunub.
Oxşar xəbərlər
Divizion klubları cəzalandı
I Divizion klublarının cəzası açıqlandı
I Divizion klublarının cəzası açıqlandı
AFFA I Divizion klublarını cərimələdi
"Neftçi"yə cəza verildi - Top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası