reklam
Sportfm.az xəbər saytı

"Böyük dəbilqə"də uğursuz çıxış


Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.  

Sportfm.az xəbər verir ki, yarışda ölkəmizi 10 kişi və 5 xanım idmançı təmsil edir.  

Kişilərin 60 kq çəki dərəcəsində təmsilçimiz Davud Məmmədsoy Honq-Konqdan olan Martin Lau ilə qarşılaşacaq.  

66 kq-da Nicat Şixəlizadə ilk görüşündə bolqarıstanlı Temelkova qalib gəlib. Lakin o, ikinci mərhələdə Cənubi Koreya təmsilçisi Ham Jonq Jinə uduzub. 

Orxan Səfərov isə Portuqaliya idmançısı Joao Krisostomona qalib gəlsə də, israilli Tal Filkerə məğlub olub.  

Qadın cüdoçularımızın fiaskosu isə “Böyük dəbilqə”də də davam edir. 48 kq çəkidə Aişə Qurbanlı braziliyalı Natalia Briqidaya ilk görüşdə uduzub.  

Leyla Əliyeva serb Miliça Nikoliçlə bacarmayıb. 52 kq-da Gültac Məmmədəliyev rusiyalı Alisa Kuznetsovanı üstələyə bilməyib.  

57 kq-da milliləşdirilmiş İçikorlo Munxtsedev braziliyalı Rafael Silvadan güclü olmağa çalışacaq.

Oxşar xəbərlər

Cüdoçularımızdan uğursuz start - Böyük Dəbilqə
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi
“Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək - SİYAHI
“Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər