Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sabiq "Formula 1" pilotu paralimpiadada qızıl medal qazanıb
Sabiq "Formula 1" pilotu Alessandro Zanardi İtaliya yığmasının heyətində Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. Sportfm.az xəbər verir ki, 49 yaşlı keçmiş pilot fərdi üçtəkərli velosiped yarışında birinci olub. Bununla da italiyalı paralimpiyaçı "Rio-2016"da özünün 4-cü medalını əldə edib. O, 2012-ci il London Yay Paralimpiya Oyunlarında 2 qızıl və bir gümüş medal qazanmışdı.
Qeyd edək ki, sabiq pilot 2001-ci il sentyabrın 15-də yarış zamanı ağır qəza keçirib. Nəticədə pilot ayaqlarını itirib.
Oxşar xəbərlər
“Formula-2”nin sprint yarışında qəza baş verdi
Tokioda 8-ci qızıl medal - Uğur
Paralimpiyaçı yük maşını ilə toqquşdu - FOTO
Rio-2016: İdmançımız gümüş medal qazandı
Paralimpiya oyunlarında növbəti gümüş medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası