reklam
Sportfm.az xəbər saytı

"Liverpul" yenə xal itirdi -VİDEO


İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

Açılış oyununda “Tottenhem” “Arsenal”ı qəbul edib. Son iki oyunda məğlub olan “Tottenhem” bu görüşdən qələbə ilə ayrılmaq istəyindəydi. Amma London derbisi heç-heçə başa çatıb.

“Mançester Siti” “Bornmut”u, “Mançester Yunayted” isə “Sauthempton”u sınağa çəkıb. Hər iki Mançester təmsilçisi turu qələbə ilə başa vurub.

“Vulverhempton” “Kardiff Siti”ni, “Brayton” “Haddersfild”i, “Vest Hem” isə “Nyukasl”ı məğlub yola salıb. Səfərdə “Bernli” ilə qarşılaşan “Kristal Pelas” da inamlı qələbəyə sevinib.

29-cu turun maraqla gözlənilən qarşılaşması Mersisaydda keçirilib. “Everton” doğma azarkeşləri önündə “Liverpul”la münasibətlərinə aydınlıq gətirəcək. Lider bu görüşdə xal itkisi ilə üzləşib.

Səfərdə “Fulhem”lə qarşılaşan “Çelsi” isə turu qələbə ilə başa vurub.

İngiltərə Premyer Liqası, 29-cu tur

2 mart

Tottenhem – Arsenal 1:1
Qol: Keyn, 74-pen – Remzi, 16.

Bornmut – Mançester Siti 0:1
Qol: Mahrez, 55.

Mançester Yunayted – Sauthempton 3:2
Qol: A.Pereyra, 53. Lukaku, 59; 88 – Valeri, 26. Uord-Prouz, 75.

Vulverhempton – Kardiff Siti 2:0
Qol: Jota, 16. R.Ximenes, 18.

Bernli – Kristal Pelas 1:3
Qol: Barnes, 90 – Bardsli, 15-öz qapısına. Batşuayi, 48. Zaha, 76.

Brayton – Haddersfild 1:0
Qol: Andone, 79.

Vest Hem – Nyukasl 2:0
Qol: Rays, 7. Noble, 42-pen.

3 mart

Uotford – Lester 2:1
Qol: Dini, 5. Qrey, 90 – Vardi, 75.

Fulhem – Çelsi 1:2
Qol: Çambers, 28 – İquayn, 20. Jorjinyo, 31.

Everton – Liverpul 0:0

Oxşar xəbərlər

“Mançester Siti” 4 qolla qalib gəldi - Premyer Liqa
“Arsenal”dan səfərdə 4 qol - Premyer Liqa
“Vest Hem” “Uotford”a, “Everton” “Nyukasl”a qarşı - Premyer Liqa
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
"Arsenal"dan inamlı qələbə - Premyer Liqanın turun nəticələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər