reklam
Sportfm.az xəbər saytı

"Amerikaya getməyə hazırlaşmırıq"


Böyük ehtimalla, "Roma”nın hücumçusu Françesko Totti karyerasını İtaliyada davam etdirəcək. Komanda.az xəbər verir ki, Tottinin karyerasını ABŞ-da davam etdirə biləcəyilə bağlı məlumat yayılmışdı. Futbolçunun həyat yoldaşı İllari Blazi bu məsələyə münasibət bildirib. O, Tottinin ABŞ-da oynamayacağını deyib: "Amerika? Niyə? Yox, biz Amerikaya getməyə hazırlaşmırıq. Mən Romada qalacam. Bu dəqiqdi. Həyatda bir neçə şey var ki, ona şübhə etmirsən. Bu da onlardan biridi. Françesko özünü əla hiss edir. O, xoşbəxtdi. Həyatda insana daha nə lazımdı?”

Tottinin "Roma” ilə müqaviləsi 2017-ci ilin yayında başa çatır. O, bu klubda 1993-cü ildən çıxış edir.

Oxşar xəbərlər

Totti 17 illik həyat yoldaşından ayrılır - Xəyanət
Françesko Totti koronavirusa yoluxdu - Özünü yaxşı hiss edir
Devid Bekhem:"Onunla oynamaq hər bir futbolçunun arzusudur"
Totti mövsümün sonunu nişan verdi
Totti: "Karyeramı dəqiq başa vuracam..."

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər