Həndbolçuların yarışlarında finalçılar müəyyənləşdi
Kişi həndbolçuların ölkə kuboku yarışlarında finalçılar müəyyənləşib.
Sportfm.az xəbər verir ki, yarımfinal mərhələsində “Bakı” U-16 üzərində inamlı qələbə qazanıb. Yeniyetmə həndbolçular çox çalışsalar da, böyük hesablı məğlubiyyətdən qurtula bilməyiblər. “Bakı”nın tam üstünlüyü ilə keçən qarşılaşma 49:24 hesabı ilə nəticələnib.
Günün digər görüşü daha gərgin idman mübarizəsi ilə yadda qalıb. “Məhsul”–“Təhsil” matçında birincilərin imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Meydançaya qələbə üçün çıxan “Məhsul” həndbolçuları azarkeşlərinin etimadını doğruldublar – 32:28.
Beləliklə, martın 30-da keçiriləcək final görüşündə “Bakı” və “Məhsul” komandaları kubokun sahibini müəyyənləşdirəcəklər.
Oxşar xəbərlər
Təxirə salınmış oyunların qalibləri məlum oldu - Azərbaycan çempionatı
Daha iki qələbə - Azərbaycan çempionatı
Azərbaycan çempionatında fasilə başa çatdı
Ölkə kuboku yarışlarının qalibləri müəyyənləşdi
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası