reklam
Xorvatiya millisinin yığmamızla oyun üçün heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Xorvatiya millisinin yığmamızla oyun üçün heyəti açıqlandı -SİYAHI


Futbol üzrə Xorvatiya millisinin “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində martın 21-də Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç 24 futbolçuya dəvət göndərib.

Heyətə qapıçılar - Lovre Kaliniç (“Aston Villa”, İngiltərə), Dominik Livakoviç (“Dinamo”), Simon Sluqi (“Rieka”), müdafiəçilər – Domaqoy Vida (“Beşiktaş”, Türkiyə), Deyan Lovren (“Liverpul”, İngiltərə), Tin Edvay (“Bayer”, Almaniya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Marin Leovats (“Dinamo”), Antonio Miliç (“Anderlext”, Belçika), Due Çaleta-Tsar (“Marsel”, Fransa), yarımmüdafiəçilər – Luka Modriç (“Real Madrid”, İspaniya), İvan Rakitiç (“Barselona”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Milan Badel (“Latsio”, İtaliya), Marselo Brozoviç (“İnter”, İtaliya), Marok Roq (“Sevilya”, İspaniya), Mario Paşaliç (“Atalanta”, İtaliya) və Filip Bradariç (“Kalyari”, İtaliya), hücumçular – İvan Perişiç (“İnter”, İtaliya), Andrey Kramariç (“Xoffenxaym”, Almaniya), Ante Rebiç (“Ayntraxt”, Almaniya), Marko Pyatsa (“Fiorentina”, İtaliya), Nikola Vlaşiç (ÇSKA, Rusiya) və Yosip Brekalo (“Volfsburq”, Almaniya) dəvət olunublar.

Qeyd edək ki, Xorvatiya millisi martın 21-də Azərbaycan yığmasını qəbul edəcək, üç gün sonra Macarıstanın qonağı olacaq.

Oxşar xəbərlər

Xorvatlar Qətərə bu heyətlə yollanacaq - SİYAHI
Xorvatlar heyətlərini açıqladı
Millinin heyəti açıqlandı - AVRO-2020
Xorvatiya millisinin Bakıya gətirəcəyi heyət məlum oldu - SİYAHI
Modriç, Rakitiç, Perişiç... - Azərbaycanla oyuna dəvət alanlar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər