reklam
Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq


Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Gümüş Avropa Liqası yarışlarında iştirak edəcək.

Sportfm.az xəbər verir ki, baş məşqçi Fərid Cəlilovun yetirmələri “B” qrupunda Danimarka, Rumıniya və Gürcüstan yığmaları ilə qarşılaşacaqlar. Yunanıstan, Avstriya, Macarıstan, Bosniya və Herseqovina komandaları isə “A” qrupunda mübarizə aparacaq.

Turnirin qrup mərhələsinin oyunları mayın 25-dən iyunun 15-dək keçiriləcək.

Qrupun qalibləri finalda üz-üzə gələcəklər. Turnirin qalibi növbəti mövsümdən Qızıl Avropa Liqasında mübarizə aparacaq.

Oxşar xəbərlər

Millimizin oyunlarını idarə edəcək hakimlər məlum oldu - Avropa çempionatı
Millimizin oyunlarını idarə edəcək hakimlər məlum oldu - Avropa çempionatı
Millimiz Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq
Yığmamız Yunanıstan komandası ilə qarşılaşdı
Ukrayna yığmasının yekun heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər