Pakistan Asiya çempionatından imtina etdi
23 yaşadək futbolçulardan ibarət Pakistan millisi Özbəkistanda keçiriləcək Asiya çempionatının seçmə mərhələsində iştirakdan imtina edib.
Sportfm.az xəbər verir ki, bu barədə Özbəkistan Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb. F qrupunda Pakistanın olimpiya komandası ilə yanaşı Hindistan, Tacikistan və Özbəkistan mübarizə aparmalı idi.
Artıq bu qrupda 3 komanda - Özbəkistan, Hindistan və Tacikistan milliləri yarışacaq.
MOK nümayəndəsi "RİA Novosti"ə bu imtinanın Pakistan və Hindistan arasındakı gərgin vəziyyətlə bağlı olduğunu bildirib.
Qeyd edək ki, "Asiya-2020"nin seçmə mərhələ oyunları 22 - 26 martda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək. Çempionatın final mərhələsi isə 8 - 26 yanvarda Tailandda baş tutacaq. İlk üç yeri tutan komanda "Tokio-2020" Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq.
Oxşar xəbərlər
Rusiya millisi CAFA-nın ilk çempionatına qatılır - Qərar
Millimiz Hindistan yığmasıyla birgə hazırlaşır
İraq millisi saqqala görə Asiya Oyunlarına getmədi
Qırğızlar da çıxdı, biz isə...
Bakıda boks üzrə beynəlxalq turnir davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası