Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz dünya birinciliyinə hazırlaşır -FOTO
Martın 8-dən 15-dək ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında səkkizinci dünya birinciliyi keçiriləcək.
Sportfm.az xəbər verir ki, bununla əlaqədar yığmamız Las-Veqas şəhərindəki “Vestqeyt Las Veqas” otelində qurulan məşq zalında çalışmalarını davam etdirir.
Qeyd edək ki, 50 ölkədən 200-dən çox atletin mübarizə aparacağı yarışda Azərbaycan yığma komandasının 5 atleti mübarizə aparacaq. Asif Məmmədovun başçiliq etdiyi komandada Ömər Cavadov (55 kiloqram), Elşən Məmmədov (61 kiloqram), Rüstəm Qasımov (67 kiloqram), Əli Şükürlü (96 kiloqram) və Rəhman Kazımov (102 kq-dan yuxarı) yer alıblar.
Oxşar xəbərlər
Atletlərimiz Avropa çempionatında iki gümüş medala sahib oldu - FOTO
Millimiz dünya birinciliyində mübarizəyə başlayır
Azərbaycan çempionatının qalibləri məlum oldu
Yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı
Azərbaycan birinciliyində qaliblər müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası