reklam
Ramil Şeydayev yenə qol vurdu
Sportfm.az xəbər saytı

Ramil Şeydayev yenə qol vurdu


Rusiya Premyer Liqasında 19-cu tur start götürüb. 

Sportfm.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov evdə autsayder "Yenisey"i qəbul edib. 

Görüş Samara klubunun 4:0 hesablı qələbəsiylə başa çatıb. Şeydayev matçın 80-ci dəqiqəsində meydana daxil olub və 1 dəqiqə sonra "Yenisey"i məyus edib. Şeydayev matçda sonuncu qolun müəllifi olub. 

22 yaşlı forvard ötən turda Moskvada "Lokomotiv"lə görüşdə komandasına 1 xal qazandıran qola imza atmışdı. 

Bu nəticədən sonra "Krılya Sovetov" 21 xalla 16 komanda arasında 13-cüdür. Samaralıların 1 oyunu ehtiyatdadır.

Oxşar xəbərlər

Ramil Şeydayev həm qol vurdu, həm də.... VİDEO
Şeydayev penaltiyə səbəb oldu - VİDEO
Ramil Şeydayev yenə qol vurdu, komandası 3 xal qazandı - VİDEO
Ramil Şeydayev üçün 25 dəqiqə
Şeydayev "Krılya Sovetov"da debüt etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər