Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ansi Aqolli okeanın o tayına yollanır!
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli karyerasını ABŞ-da davam etdirəcək.
Sportfm.az xəbər verir ki, 36 yaşlı müdafiəçi "Nyu-York Kosmos" ilə danışıqlar aparıb və transferin detallarında anlaşma əldə edib.
Yaxın günlərdə ABŞ klubu ilə rəsmi müqavilə bağlayacaq. Aqolli həyat yoldaşının Amerikada yaşadığı üçün belə bir təklifə müsbət yanaşıb.
"Nyu-York Kosmos" Şimali Futbol Liqasında mübarizə aparır (II Liqa).
Aqolli 2010-cu ildən "Qarabağ"da çıxış edirdi. Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.
Oxşar xəbərlər
"Qarabağ"ın "qaqa"sı ABŞ-da qalacaq - FOTO
Ansi Aqolli elə bir qol vurdu ki.... VİDEO
"Azərbaycanda ən yaxşı səfirimiz idi" - VİDEO
Ansi Aqolli Ağdam klubu ilə vidalaşdı - FOTO
"Səbail"lə oyunda vida mərasimi təşkil ediləcək - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası