reklam
Taekvondoçularımız beynəlxalq turnirdə səkkiz medal qazandı -
Sportfm.az xəbər saytı

Taekvondoçularımız beynəlxalq turnirdə səkkiz medal qazandı -FOTO


Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət yığma komandası Niderlandın Eyndhoven şəhərində təşkil olunan “Dutch Open” beynəlxalq turnirində uğurlu çıxış edib.

Sportfm.az xəbər verir ki, yarışda milli komandamızın idmançıları səkkiz medala sahib olublar.

Sayca qırx altıncı olan “G1” kateqoriyalı turnirdə mübarizəyə qoşulan Cavad Ağayev (63 kq) və Fəridə Əzizova (67 kq) bütün rəqiblərinə qalib gələrək yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Radik İsayev (87 kq-dan yuxarı) isə yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar.

Digər təmsilçilərimiz Bəhruz Quluzadə (54 kq), Məhəmməd Məmmədov (68 kq), Ramin Əzizov və Payam Qobadi Oğaz (hər ikisi 87 kq) yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətləniblər.

Beləliklə, Niderland açıq çempionatında aktivinə iki qızıl, iki gümüş və dörd bürünc medal əlavə edən millimiz Eyndhovendən birbaşa Belçikaya yollanacaq.

Komandamızın üzvləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Reza Mehmandoust, eləcə də Elnur Amanovun rəhbərliyi ilə martın 16-da Belçikanın Lommel şəhərində keçiriləcək “Belgian Open” turnirində də qüvvələrini sınayacaqlar.

Oxşar xəbərlər

Payam Qobadi İsveçdə millimiz üçün medal qazandı
İdmançımız İsveçdə qızıl medal qazandı
Taekvondoçularımız "Turkish Open"dən 6 medalla qayıdır
Millimiz Belçikadan 3 “qızıl”, 1 “gümüş”lə dönür
Yığmamız "Turkish Open"də 6 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər