Azərbaycan millisinə 23 futbolçu çağırılacaq
Azərbaycan milli komandasının Xorvatiya ilə 2020-ci il Avropa çempionatının seçmə oyunu və Litvaya qarşı keçirəcəyi yoldaşlıq görüşünə 23 futbolçu çağırılacaq.
Sportfm.az xəbər verir ki, bu barədə jurnalistlərə yığmanın baş məşqçisi Nikola Yurçeviç bildirib. Xorvatiyalı mütəxəssis dəvətlilərdən 3-nün qapıçı, 20-nin isə meydan oyunçusu olacaqlarını bildirib. 53 yaşlı mütəxəssis heyətdə bir neçə yeni oyunçunun olacağını istisna etməyib. Yurçeviç heyəti növbəti həftə ərzində - Azərbaycan Premyer Liqasının XXI turunadək açıqlayacağını da əlavə edib.
Qeyd edək ki, Azərbaycan yığması Xorvatiya ilə martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Litva ilə martın 25-də Bakıdakı "Bakcell Arena"da üz-üzə gələcək.
Oxşar xəbərlər
Millimiz AÇ-2020-nin seçmə mərhələsinin oyununa çıxacaq
"Azərbaycanın Xorvatiyanı büdrədəcəyini düşünmürəm" - Robert Prosineçki
Qazaxıstan klubunun futbolçusu millimizə dəvət aldı
Yığmamızın hazırlıq planı açıqlandı
"Xorvatiya ilə oyunu dörd gözlə gözləyirəm" - Nikola Yurçeviç
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası