reklam
Söyüş, təpik və hakimə təzyiq - Futzal çempionatında yenə olay var!
Sportfm.az xəbər saytı

Söyüş, təpik və hakimə təzyiq - Futzal çempionatında yenə olay var!


Futzal üzrə İkinci Liqada XXV turun oyunları keçirilib.

Sportfm.az saytına daxil olan məlumata görə, Olimpik Star İdman Kompleksində baş tutan görüşlər zamanı xoşagəlməz olaylar yaşanıb. Belə ki, tur çərçivəsində keçirilən iki matç - "Atletiko"-"Borçalı" və "Bədr Xocalı"-"Obolon" dava-dalaşla müşayiət olunub. Buna səbəb isə hakim qərarlarından narazılıq olub. Birincilərin qarşılaşmasında hər iki tərəfin futzalçıları bir-birini söyüşə və təpiyə qonaq ediblər. Hətta bu oyunlar zamanı hakimlərə də fiziki təzyiq göstərməyə cəhd edilib. Yalnız kənardan müdaxilə edənlərin sayəsində aranı sakitləşdirmək mümkün olub. 

Belə görünür ki, bu xəmir hələ çox su aparacq. Söhbət təbii ki, futzal çempionatlarında təhlükəsizliyin təmin edilməməsindən gedir. Uzun müddətdir bu haqda yazılsa da, deyilsə də, AFF tərəfindən heç bir iş görülmür. Yəqin ki, olacaq bir faciəni gözləyirlər. 

 

Nəticələri diqqətinizə çatdırırıq:

Atletiko Baku – Borçalı 5:1

Bədr FK Xocalı – Obolon 0:7

SAB – Hövsan 3:4

Gənclik İK – Rəvan 2:6

Dalğa – STAR karqo 6:8

Bibi-Heybət – Gilan Construction 4:2

Advokat – Baker Hughes 5:5

Təbriz – Xəzər Astara 4:2

Baker Tilly – Baku Fire-2  3:2

Avanqard – Mübariz 2:1

Oxşar xəbərlər

İkinci Liqa, XXXI tur: Oyun cədvəli
26-cı turda cədvəldə dəyişiklik olmadı
XXVI turun oyun cədvəli açıqlandı
Lider 100 faizlik nəticə ilə yoluna davam edir
“Atletiko Baku” məğlub oldu, "Borçalı" qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər