Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ulduz futbolçu Andorra klubunda
Argentina futbolunun tanınmış siması Xavyer Saviola şok qərarla diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, 34 yaşlı hücumçu Andorraya yollanıb. Karyerası ərzində "Real” və "Barselona” kimi dünya nəhənglərinin formasını geyinmiş Saviola Andorranın "Ordino” klubu ilə anlaşıb. Yerli mətbuatda yayılan məlumata görə, bu ilin yanvar ayında "River Pleyt”dən ayrılan ulduz futbolçu həyat yoldaşı Romanela Amato ilə birlikdə Andorraya köçmək qərarına gəlib. Onun "Ordino”da həm məşqçi, həm də futbolçu funksiyasını yerinə yetirəcəyi bildirilib.
Qeyd edək ki, Argentina millisinin sabiq üzvü karyerası ərzində "Real” və "Barselona”dan başqa, "River Pleyt”, "Monako”, "Sevilya”, "Benfika”, "Malaqa”, "Olimpiakos” və "Verona” klublarının formasını geyinib. "Dovşan” ləqəbli oyunçu 2005-ci ildə FİFA tərəfindən yaşayan 125 futbolçu arasında göstərilmişdi.
Oxşar xəbərlər
Ulduz futbolçu karyerasını bitirir - 32 yaşında
Argentina millisinin sabiq üzvü azərbaycanlı müğənniyə cavab yazdı - FOTO
Tanınmış futbolçu millinin baş məşqçisi oldu - Təyinat
"River Pleyt" tarixində 3-cü dəfə kubok qazandı
20 yaşlı futbolçu "Real"dan imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası