reklam
2023-cü ilə qədər sözləşmə imzalamaq niyyətindədi -
Sportfm.az xəbər saytı

2023-cü ilə qədər sözləşmə imzalamaq niyyətindədi -FOTO


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə təmsilçisi ilə müqavilənin müddətini uzatmaq istəyir. 

Sportfm.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “şəhərlilər”lə 2023-cü ilə qədər sözləşmə imzalamaq niyyətindədi. 

Onun hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayına qədər nəzərdə tutulub. X.Qvardiola 2016-cı ilin iyulundan rəhbərlik etdiyi “Mançester Siti” ilə bir dəfə Premyer Liqanın qalib olmaqla yanaşı, eyni sayda İngiltərə Superkubokunu əldə edib. 

O həmçinin iki dəfə İngiltərə Liqa Kubokunda uğur qazanıb. “Mançester Siti” Premyer Liqada geridə qalan 30 turdan sonra 74 xalla liderdi.  

"Şəhərlilər” Çempionlar Liqasının 1/8 final mərhələsinin Almaniyada baş tutan ilk oyununda “Şalke”ni 3:2 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

"Mançester Siti" Qvardiola ilə davam edəcək - RƏSMİ
Qvardiola ən yaxşı seçildi - Premyer Liqa
Qvardiola “Mançester Siti”də qaldı - RƏSMİ
Qvardioladan yeni rekord
“Mançester Siti”dən üçqat rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər