Bilet satışının bitməsinə 5 gün qaldı
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün bilet satışının bitməsinə 5 gün qalıb.
Sportfm.az xəbər verir ki, martın 21-dək davam edəcək müraciət mərhələsində hər kəs europaleague.tickets.uefa.com linkinə daxil olaraq şəxsi hesabını yaratmalıdı.
Daha sonra bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet ala bilər.
Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq.
Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq.
Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Gənclər üçün paket də təqdim olunacaq və bunun qiyməti 60 avro olacaq.
Bu paketə ikinci kateqoriyalı iki bilet – bir böyük (məsələn, valideyn) və bir 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet daxildir. 400 ədəd gənclər paketi (800 bilet) hər kəs üçün satışda olacaq.
Bilet satışı və qeydiyyat prosesi ilə bağlı sualı olan şəxslər, https://support.tickets-uelfinal.uefa.com/hc/az/requests/new linkinə daxil olaraq, UEFA-nın müştəri xidmətlərinə Azərbaycan dilində yazıb müraciət edə bilərlər.
Final mayın 29-da olacaq.
Oxşar xəbərlər
AVRO-2020 biletləri üçün lotereyanın cavabları açıqlandı
Birbaşa bilet satışı başladı - AVRO-2020 üçün
Avropa Çempionatının biletləri satışa çıxarıldı - FOTO
Final üçün biletlər satışa çıxarıldı
Avropa Liqasının finalının biletləri nə vaxt ala bilərik?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası