reklam
Cərrah bıçağı Azərbaycanla oynamağa imkan vermədi -
Sportfm.az xəbər saytı

Cərrah bıçağı Azərbaycanla oynamağa imkan vermədi -FOTO


Xorvatiya yığmasının futbolçusu Marko Pyatsa əməliyyat olunub. O, növbəti dəfə uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. 

Sportfm.az xəbər verir ki, zədə ucbatından AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunları buraxacaq 24 yaşlı yarımmüdafiəçi dünən Romada cərrah bıçağı altına uzanıb. Həkimlər oyunçunun sol dizindən aparılan əməliyyatın uğurlu keçdiyini açıqlayıb. Müqavilə ilə "Yuventus"a məxsus olan və hazırda icarə əsasında "Fiorentina"nın formasını geyinən Pyatsa ən azı 6 ay futbol oynaya bilməyəcək.

Qeyd edək ki, Xorvatiya millisi martın 21-də Azərbaycanla, 24-də isə Macarıstanla qarşılaşacaq.

Oxşar xəbərlər

Onun üçün mövsüm bitdi - Zədə
Ulduz futbolçu mundialdan kənarda qaldı
Yığmamızın rəqibi daha bir futbolçu itkisi ilə üzləşdi
Modriç, Rakitiç, Perişiç... - Azərbaycanla oyuna dəvət alanlar - SİYAHI
Azərbaycanla oyunda meydana çıxmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər