Vüqar Məmməd:"Bu futbolçularla gələcəkdə yaxşı işlər görmək olar"
Avropa çempionatının elit-raund mərhələsində bu gün İrlandiya yığması ilə qarşılaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 1:3 hesabı ilə məğlub olub. Bu nəticədən sonra millimizin final mərhələsinə yüksəlmək şansları qalmayıb.
Sportfm.az saytı AFFA-ya istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Vüqar Məmməd matçla bağlı fikirlərini bölüşüb:
"Bu gün Avropanın ən güclü komandalarından biri ilə oynadıq. Rəqib istər fiziki, istər taktiki baxımdan çox bacarıqlı komanda idi. Uduzmağımıza baxmayaraq, bu futbolçularla gələcəkdə yaxşı işlər görmək olar. Sadəcə, hər biri ayrı-ayrılıqda öz üzərində çox çalışmalıdırlar. Futbolçularıma bu oyunda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Final mərhələsinə şansımızı itirdiyimizə görə çox məyusuq. Bu komanda final mərhələsinə layiq komanda idi, azacıq diqqətsizliyə görə bu gün məğlub olduq. İrlandiya millisini təbrik edirəm. Hakimliklə bağlı danışmamaq barədə özümə söz vermişəm".
Oxşar xəbərlər
"Komanda oyundan oyuna yüksəlişdədir" - Vüqar Məmməd
Millimizin qrupunda final mərhələsinə İrlandiya adladı
Vüqar Məmməd: "Rəqibimizdən üstün oynadıq"
"Çatışmayan cəhətlərimizi üzə çıxardıq" - Vüqar Məmməd
Vüqar Məmməd: "Çox istəkli idik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı















Misli Premyer Liqası