reklam
“Neftçi”nin futbolçusu Almaniyada
Sportfm.az xəbər saytı

“Neftçi”nin futbolçusu Almaniyada


"Neftçi" zədəli futbolçularının hazırkı vəziyyətiylə bağlı məlumat yayıb. Futbol11.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Elşən Abdullayev müalicə və bərpa prosesini Almaniyanın Donauştaf vilayətində davam etdirir. Futbolçunun yekun bərpa müddəti həkim müayinəsindən sonra bəlli olacaq.   Topuğundan zədə almış Murad Ağayev də bərpa prosesi keçir. Yarımmüdafiəçinin sentyabrın 26-27-də komanda ilə məşqlərə başlayacağı planlaşdırılır. Dizindən zədə almış Aqşin Qurbanlının da Ağayevlə eyni vaxtda komandaya qoşulacağı gözlənilir.   Topuğundan zədələnmiş Orxan Qurbanlının da bərpa prosesi davam edir. Onun sentyabrın 27-28-də komanda ilə məşqlərə qoşulacağı gözlənilir.   Dabanından zədələmiş Kamran Nəcəfzadə hazırda bərpa prosesi keçir.   Müdafiəçi Vançe Şıkovun topuğunun müalicəsi başa çatıb. Makedoniyalı futbolçu komanda ilə məşqlərdə iştirak edir.

Oxşar xəbərlər

Azər Əliyevin bir həftəsi qaldı
"Neftçi"nin zədəlilərin son durumu
“Qəbələ”də zədəlilərlə bağlı son durum - Karakoç komanda ilə məşqlərə başlayır
"Qarabağ"ın futbolçusu zədələndi
"Neftçi"nin futbolçusu əməliyyatı olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər