Ən gəlirli məşqçilər -SİYAHI
"France Football" futbolçulardan sonra ən yüksək ödənişli baş məşqçilərin adlarını açıqlayıb.
Sportfm.az xəbər verir ki, 2018-19 mövsümündə ən çox pul qazanan mütəxəssis "Atletiko"nun baş məşqçisi Dieqo Simeonedi.
Argentinalı mütəxəssisin cari mövsümdə maaş, reklam və mükafat - hamısı birlikdə gəliri 41 milyon avro təşkil edir.
İkinci sırada "Mançester Yunayted"in istefaya göndərdiyi Joze Mourinyo qərarlaşır. Maraqlıdı ki, 3-cü yerin sahibi də artıq çalışmır.
Bu, qısa müddət "Monako"ya rəhbərlik edən Tyerri Anridi. Həmçinin "Arsenal"ın əfsanəvi çalışdırıcısı Arsen Venger də siyahıya düşə bilib.
Ən gəlirli 20 məşqçi:
1. Dieqo Simeone ("Atletiko") - 41 milyon avro
2. Joze Mourinyo ("Mançester Yunayted": sabiq baş məşqçi) - 31 milyon
3. Tyerri Anri ("Monako": sabiq baş məşqçi) - 25,5 milyon
4. Pep Qvardiola ("Mançester Siti") - 24 milyon
5. Ernesto Valverde ("Barselona") - 23 milyon
6. Arsen Venger ("Arsenal": sabiq baş məşqçi) - 20,5 milyon
7. Fabio Kannavaro ("Quançjou Everqrand", Çin yığması) - 15 milyon
8. Massimiliano Alleqri ("Yuventus") - 13,5 milyon
9-11. Marçello Lippi (Çin yığması) - 13 milyon
9-11. Yurgen Klopp ("Liverpul") - 13 milyon
9-11. Leonardo Yardim ("Monako") - 13 milyon
12. Karlo Ançelotti ("Napoli") - 12 milyon
13. Antonio Konte ("Çelsi": sabiq baş məşqçi) - 11,3 milyon
14. Mauritsio Poçettino ("Tottenhem") - 10 milyon
15. Luçano Spalletti ("İnter") - 8,3 milyon
16-18. Vitor Pereyra ("Şanxay Telleys") - 7,5 milyon
16-18. Niko Kovaç ("Bavariya") - 7,5 milyon
16-18. Zinəddin Zidan ("Real") - 7,5 milyon
19-20. Unai Emeri ("Arsenal") - 7 milyon
19-20. Draqan Stoykoviç ("Quançjou Fuli") - 7 milyon
Oxşar xəbərlər
Ən çox qazanan məşqçilər - SİYAHI
"Youtube"da ən çox abunəçisi olan idman klubu - SİYAHI
UEFA ötən mövsümün gəlirlərini açıqladı
Transferlərə ən çox pul xərcləyən 20 klub - SİYAHI
Avropada daha çox hansı klubu izləyirlər? - Siyahı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası