reklam
Avropa çempionatında ölkəmizi 6 idmançı təmsil edir -
Sportfm.az xəbər saytı

Avropa çempionatında ölkəmizi 6 idmançı təmsil edir -FOTO


Batumidə keçirilən ağır atletika üzrə 98-ci Avropa çempionatında Azərbaycanı 6 idmançı təmsil edir.

Sportfm.az xəbər verir ki, Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionata 43 ölkədən 402 idmançı qatılıb. İdmançıların 215-i kişi, 187-si qadındır. Onlar 20 çəki dərəcəsində güclərini sınayırlar.

Bu çempionatda ən geniş heyətlə Türkiyə millisi iştirak edir. Qardaş ölkədən 30 atlet mübarizə aparır. Komandaların heyətindəki idmançıların sayına görə ikinci yerdə Rusiya millisidir - 29 nəfər. Çempionata ev sahibliyi edən Gürcüstan 17 idmançı (13 kişi, 4 qadın) ilə təmsil olunur.

Qitə çempionatında atletlərimizdən Rüstəm Qasımov (67 kq) aprelin 8-də mübarizəyə başlayacaq. Kənan Əliyev (73 kq) aprelin 9-da, Kənan Əliquliyev isə (81 kq) aprelin 10-da güclərini sınayacaqlar. Ağır çəkili atletlərimiz Nailxan Nəbiyev (96 kq), Kamran İsmayılov (96 kq) və Alış Nəzərov (102 kq) isə aprelin 11-də mübarizəyə qoşulacaqlar.

Yarışların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim, Olimpiya kateqoriyalı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası Vahid Nəzərov münsiflər heyətinin tərkibində, beynəlxalq dərəcəli hakim Azad Mustafayev isə hakimlər kollegiyasında təmsil edəcəklər. (azertag.az)

Oxşar xəbərlər

Millimizin üçün heyəti açıqlandı - Avropa çempionatı
Azərbaycan idman ictimaiyyətinə ağır itki
Qətər kubokunda ölkəmizi üç idmançı təmsil edəcək
Avropa birinciliyində Azərbaycanı 9 idmançı təmsil edəcək
Dünya çempionatında Azərbaycanı iki idmançı təmsil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər