Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Olimpiya mükafatçısı peşəkar boksda döyüşməkdən imtina etdi -FOTO
Azərbaycanın olimpiya mükafatçısı Teymur Məmmədov karyerasını peşəkar boksda davam etdirməkdən imtina edib.
Sportfm.az xəbər verir ki, bu barədə 26 yaşlı idmançının özü məlumat verib.
O bildirib ki, Almaniyada peşəkar boks üzrə turnirə qatılmaq üçün dəvət alsa da, cavabı mənfi olub. Məmmədov imtina qərarını ailəsindən uzaq qalmaq istəməməsi ilə əlaqələndirib.
Qeyd edək ki, Teymur Məmmədov 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Bir müddət əvvəl həvəskar boksçu karyerasını başa vuran döyüşçü Avropa çempionu və “Bakı 2015” I Avropa Oyunlarının qalibidir. O, həmçinin dünya çempionatının gümüş və bürünc medallarını qazanıb.
Oxşar xəbərlər
Məcidov peşəkar boksda ilk döyüşünü keçirdi - FOTO
Olimpiya mükafatçısının peşəkar boksda debüt edəcəyi tarix bəlli oldu
Millimizin sabiq üzvü rəqib boksçuyla döyüşməkdən qorxdu
Olimpiya mükafatçımız karyerasını bitirəcəyi tarixi açıqladı
Rio-2016: Teymur Məmmədov 1/8 finalda!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası