Ruslar Avropa Liqasının finalına iddia edir
Moskvanın “Spartak” futbol klubunun stadionu “Otkrıtiye Arena”da UEFA Avropa Liqasının finalı keçirilə bilər.
Sportfm.az xəbər verir ki, bu haqda klubun kommersiya direktoru Aleksandr Atamanenko bildirib. O, qeyd edib: “UEFA Avropa Liqasının finalını keçirməkdə maraqlıyıq. Amma Çempionlar Liqası keçirmək üçün potensialımız yoxdur”.
“Spartak” klubu 2014-cü ildə tikilmiş “Otkrıtiye Arena" stadionunda ev oyunlarını keçirir. Arenanın tamaşaçı tutumu 45 min 360 nəfərdir.
Qeyd edək ki, “Spartak” cari mövsüm Rusiya çempionatında öz meydanında keçirdiyi 13 oyundan 6-sını qələbə, 5-ini məğlubiyyət və 2-sini isə heç-heçə ilə başa vurub. Bu oyunlarda ümumilikdə 418 min 569 tamaşaçı (ortalama 32.2 min nəfər) iştirak edib.
Oxşar xəbərlər
Bəstəkar baş hakim təyin olundu
Qrup mərhələsində V tur - Avropa Liqası
Səmədov Avropa Liqası finalının səfiri oldu
Olimpiya Stadionu 2020-ci ildə UEFA Çempionlar Liqasının final oyununu keçirməyə namizəd oldu
UEFA Rusiya klubunu cəzalandıra bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası