Bakıda keçiriləcək dünya çempionatının biletləri satışa çıxarıldı
Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının biletləri bu gün satışa çıxarılıb.
Sportfm.az xəbər verir ki, tamaşaçılar biletləri "28 Mall" və "Gənclik Mall" alış-veriş mərkəzlərindən, Gimnastika Arenasının kassalarından, həmçinin onlayn (https://ticketing.mga.az/)formada əldə edə bilərlər. Biletlərin qiyməti isə 10, 15 və 20 manat təşkil edir.
Bu gün isə Milli Gimnastika Arenasında 39 ölkənin iştirakı ilə bədii gimnastika üzrə Dünya Kuboku start götürüb. Bu yarışdan sonra isə 16 - 19 mayda zərif gimnastlar eyni arenada güclərini Avropa çempionatında sınayacaqlar.
Qeyd edək ki, dünya çempionatının açılış mərasimi sentyabrın 16-da keçiriləcək. 7 gün davam edəcək nüfuzlu yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Oxşar xəbərlər
“Qarabağ” – “Bazel” matçının biletləri satışa çıxarıldı - 3 manat
Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürür
Ağalarov Bakıda keçiriləcək dünya çempionatının açılışında çıxış edəcək
Bakı dünya çempionatına ev sahibliyi edəcək
Dünya çempionatının biletləri artıq satışda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası