reklam
Məşhur pilotların avtoqraf sessiyası baş tutdu -
Sportfm.az xəbər saytı

Məşhur pilotların avtoqraf sessiyası baş tutdu -FOTO


Bakıda “Formula 1” üzrə 2019-cu il SOCAR Azərbaycan Qran-prisi çərçivəsində məşhur pilotların ilk avtoqraf sessiyası baş tutub.

Sportfm.az xəbər verir ki, Bakı bulvarındakı Azarkeş Zonasında keçirilən tədbirə Maks Ferstappen, Pyer Qasli (hər ikisi “Red Bull”), Sebastyan Fettel, Şarl Lekler (hər ikisi “Ferrari”), Daniel Rikkardo və Niko Hülkenberq (hər ikisi “Renault”) qatılıb. Növbəti iki gün üçün avtoqraf sessiyalarının proqramı belədir:

27 aprel

11:20 - 11:40.: Serxio Peres və Lens Stroll ("Racing Point")

12:00 - 12:20. Kimi Raykkonen və Antonio Covinatsi ("Alfa Romeo")

12:20 - 12:40. Lüis Hemilton və Valtteri Bottas ("Mercedes")

28 aprel

11:20 - 11:40. Corc Rassel və Robert Kubitsa ("Williams")

11:40 - 12:00. Karlos Sayns və Landro Norris ("McLaren")

12:00 - 12:20. Romen Qrojan və Kevin Maqnussen ("Haas")

12:20 - 12:40. Daniil Kvyat və Aleksandr Albon ("Toro Rosso")

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisi 26 – 28 apreldə keçiriləcək.

Oxşar xəbərlər

İdmançıların astronomik maaşları açıqlandı - SİYAHI
Formula 1 Azərbaycan Qran Prisinin qalibi məlum oldu
"Formula 1" üzrə Azərbaycan Qran-Prisi start götürür - AFİŞA
Pilotların çempionluq əmsalları açıqlandı
“Formula 1” pilotlarının əmək haqları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər