Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Salah yeni rekorda imza atdı
“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah bu klubun tarixində yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, Premyer Liqanın 36-cı turunda “Haddersfild” komandası ilə oyunda (5:0) dubl edən 26 yaşlı hücumçu klub tarixində ilk 100 oyununda ən çox qol vuran futbolçu olub. O, 100 görüşdə 69 dəfə fərqlənməyi bacarıb. Bundan əvvəl Rocer Hant və Sem Reybould ilk 100 görüşdə 68 dəfə fərqləniblər.
M.Salah 2017-ci ildə İtaliyanın “Roma” klubundan “Liverpul”a transfer olunub. O, cari mövsümdə Liverpul təmsilçisinin heyətində keçirdiyi 48 oyunda 25 qol vurub və 8 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Salah rekorda imza atdı - Droqbanı keçdi
Salah Premyer Liqanın tarixinə düşdü 90-cı qol
Salahın 100-cü qolu - 159-cu matçda
Salah “Liverpul”un yeni rekordçusu oldu
Salah ilin ən yaxşı oyunçusu seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası