reklam
Premyer Liqada mövsümün ən yaxşı futbolçusu açıqlandı
Sportfm.az xəbər saytı

Premyer Liqada mövsümün ən yaxşı futbolçusu açıqlandı


İngiltərə Peşəkar Futbolçular Assosiasiyası Premyer Liqada 2018/19 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıb. 

Sportfm.az xəbər verir ki, bu ad uğrunda Serxio Aquero, Bernardu Silva, Rahim Sterlinq (hamısı "Mançester Siti"), Vircil van Daykla Sadio Mane (hər ikisi "Liverpul") və Eden Hazard ("Çelsi) mübarizə aparıb.

Qalib "Liverpul"un hollandiyalı müdafiəçisi Vircil van Dayk olub. 27 yaşlı futbolçu İngiltərə Premyer Liqasında mövsümün ən yaxşısı seçilib. 

İlin ən yaxşı gənc futbolçusu adına Trent Aleksander-Arnold ("Liverpul"), Devid Bruks ("Bornmut"), Markus Reşford ("Mançester Yunayted"), Deklan Rais ("Vest Hem"), Bernardu Silva və Rahim Sterlinq (hər ikisi "Mançester Siti") namizəd olub. "Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq mövsümün ən yaxşı gənc oyunçusu seçilib.

 

Oxşar xəbərlər

"Liverpul"un 7 futbolçusu rəmzi 11-likdə - SİYAHI
Premyer Liqada mövsümün rəmzi komandası - FOTO
Premyer Liqada mövsümün rəmzi komandası açıqlandı - FOTO
Həftənin rəmzi komandası açıqlandı - FOTO
Çempionlar Liqasında həftənin rəmzi 11-liyi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər